Dünya Futbolu

Antonio Conte “Juventus”a geri dönə bilər

Bakı, 27 may, Tsport.az

“Napoli” ilə mövsümü çempionluqla başa vuran Antonio Conte, karyerasında növbəti böyük dönüşü edə bilər.

Tsport.az xəbər verir ki, “Juventus” rəhbərliyi 55 yaşlı məşqçi ilə rəsmi danışıqlara başlayıb.

Turin klubu, Conteyə illik 8 milyon avro maaş və bonuslarla birlikdə 3 illik müqavilə təklif edib. Bu təklifin təfərrüatları hələ açıqlanmasa da, hər iki tərəfin də əməkdaşlığa isti yanaşdığı bildirilir.

Antonio Conte daha əvvəl 2011–2014-cü illərdə “Juventus”-a rəhbərlik edib və bu müddətdə komanda ilə üç dəfə A Seriya çempionluğu, həmçinin iki İtaliya Superkuboku qazanıb.

Contenin hazırkı müqaviləsi “Napoli” ilə olsa da, klub daxilindəki son gərginliklər və “Juventus”-un cəlbedici təklifi bu keçidi mümkün edir.