Antonio Conte “Juventus”a qayıda bilər
Bakı, 14 may, Tsport.az
“Napoli”nin baş məşqçisi Antonio Conte bu yay keçmiş komandası “Juventus”a geri dönə bilər.
Tsport.az xəbər verir ki, Turin təmsilçisi mart ayından komandaya rəhbərlik edən Igor Tudor ilə mövsüm sonu yolları ayırmaq niyyətindədir. Klub rəhbərliyi onunla 2025-ci ilin iyununadək qüvvədə olan müqaviləni uzatmaq istəmir və təcrübəli əvəzləyici axtarışındadır.
Bu kontekstdə əsas namizədlərdən biri Antonio Contedir. 2011–2014-cü illər aralığında “Juventus”a rəhbərlik etmiş italiyalı mütəxəssis həmin dövrdə klubu 3 dəfə A Seriya çempionu edib və 2 İtaliya Superkuboku qazandırıb.
Hazırda “Juventus” A Seriyasının turnir cədvəlində 36 turdan sonra 64 xalla 4-cü pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir.