Antonio Contedən Osimhenlə bağlı gözlənilməz qərar
Bakı, 1 iyul , Tsport.az
“Napoli”yə qayıdan Viktor Osimhenlə bağlı yeni iddia gündəmə gəlib.
Tsport.az xəbər verir ki, İtaliya təmsilçisinin baş məşqçisi Antonio Conte nigeriyalı hücumçu ilə bağlı sürpriz qərar verib.
Conte Osimheni əsas komandanın məşqlərinə buraxmayacaq. Onun gənclərdən ibarət komanda ilə çalışacağı bildirilir. Bu, forvardın klubdan ayrılacağına dair iddiaları gücləndirib.
Osimhen ötən ilin yayından “Galatasaray”da icarə əsasında çıxış edib. İstanbul təmsilçisinin heyətində 41 matçda 37 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb. “Galatasaray” onu birdəfəlik transfer etmək istəsə də, “Napoli” ilə razılaşma əldə olunmayıb.