Antonio Contenin “Napoli” ilə yolları ayrıla bilər
Bakı, 26 may, Tsport.az
İtaliya A Seriyasının çempionu olan “Napoli”-də gözlənilməz məşqçi dəyişikliyi baş verə bilər.
Tsport.az xəbər verir ki, komandanı çempionluğa daşıyan baş məşqçi Antonio Conte, uğurlu mövsümə baxmayaraq klubdan ayrıla bilər.
Klub rəhbərliyi ilə Conte arasında münasibətlər qeyri-müəyyən xarakter daşıyır. İddialara görə, Neapol təmsilçisinin rəhbərliyi artıq ehtimal edilən ayrılıq halında alternativlər üzərində düşünür.
Əldə edilən xəbərlərə əsasən, rəhbərlik Massimiliano Allegri ilə ilkin təmaslara başlaya bilər. Juventus-dan ayrıldıqdan sonra boşda olan Alleqri, bu vəzifəyə əsas namizədlərdən biri kimi göstərilir.
Qeyd edək ki, Antonio Conte-nin “Napoli” ilə hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Buna baxmayaraq, klub daxilində baş verən fikir ayrılıqları bu müqavilənin gözləniləndən tez sona çata biləcəyini göstərir.