Dünya Futbolu

Aprelin ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib

Bakı, 2 may, Tsport.az

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi adına iddialı olanların siyahısı açıqlanıb.

Tsport.az xəbər verir ki, “Aston Villa”nın çalışdırıcısı Unai Emery, “Manchester City”nin baş məşqçisi Pep Guardiola, “Newcastle United”dən Eddie Howe, “Wolverhampton Wanderers”i çalışdıran Vítor Pereira və “Liverpool”un yeni çalışdırıcısı Arne Slot ayın ən yaxşısı adına mübarizə aparacaqlar.

Namizədlərin statistikası belədir:

  • Unai Emery (Aston Villa) – 5 oyun, 4 qələbə, 1 məğlubiyyət
  • Pep Guardiola (Manchester City) – 5 oyun, 4 qələbə, 1 heç-heçə
  • Eddie Howe (Newcastle United) – 5 oyun, 4 qələbə, 1 məğlubiyyət
  • Vítor Pereira (Wolverhampton Wanderers) – 5 oyun, 5 qələbə
  • Arne Slot (Liverpool) – 5 oyun, 4 qələbə, 1 məğlubiyyət

Ayın ən yaxşı baş məşqçisi azarkeşlərin və ekspertlərin iştirakı ilə keçirilən səsvermə nəticəsində 5 may tarixində elan olunacaq.

Xatırladaq ki, mart ayında bu mükafata “Nottingham Forest”in baş məşqçisi Nuno Espírito Santo layiq görülmüşdü.