Futzal

“Araz-Naxçıvan” Avstriyada UEFA sınağında

Bakı, 9 iyul , Tsport.az 

UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” klubunun qrup oyunlarının təqvimi bəlli olub.

Tsport.az xəbər verir ki, komanda Şimali İrlandiya, Şotlandiya və Avstriya təmsilçiləri ilə qarşılaşacaq. Qrup mərhələsinin bütün oyunları Avstriyanın Linz şəhərində keçiriləcək.

Oyunların təqvimi:

“Araz-Naxçıvan” – Sparta Belfast (Şimali İrlandiya)
27 avqust — Linz, NMS İdman Sarayı — Saat 19:00

PYF Saltires (Şotlandiya) – “Araz-Naxçıvan”
28 avqust — Linz, NMS İdman Sarayı — Saat 19:00

Ljuti Krajišnici (Avstriya) – “Araz-Naxçıvan”
30 avqust — Linz, NMS İdman Sarayı — Saat 21:30