“Araz-Naxçıvan” Çempionlar Liqasının 5-ci səbətində
Bakı, 1 iyul , Tsport.az
UEFA Çempionlar Liqasının 2025–2026 mövsümünün ilkin və əsas mərhələlərinin püşkatma mərasimi iyulun 3-də keçiriləcək. Nyon şəhərində baş tutacaq tədbir saat 16:00-da start götürəcək.
Tsport.az xəbər verir ki, azərbaycanı bu mövsümdə təmsil edəcək “Araz-Naxçıvan” mübarizəyə ilkin mərhələdən qoşulacaq. Komanda 5-ci səbətdə qərarlaşıb.
Turnirdə ümumilikdə 56 klub iştirak edəcək. Reytinq siyahısında son 32 yerdə qərarlaşan komandalar ilkin mərhələyə daxil ediliblər. Komandalar 4 iştirakçılı 8 qrupa bölünəcək. UEFA-nın qərarına əsasən bəzi ölkələrin təmsilçiləri bir-biri ilə eyni qrupa düşə bilməyəcək. Bu siyahıya Azərbaycan və Ermənistan da daxildir.
İlkin mərhələdə komandalar aşağıdakı səbətlərə bölünüblər:
Səbət 1 (ev sahibləri):
Buba Mara (Bosniya və Herseqovina), Forka (Şimali Makedoniya), AEK (Yunanıstan), Boraş AİK (İsveç), Ljuti Krajişniç (Avstriya), Levski Sofiya (Bolqarıstan), Klik Kişinyov (Moldova), Vllazniya (Albaniya)
Səbət 2 (4-cü pillə, reytinq 48–55):
Bolton (İngiltərə), Murata (San Marino), Kardiff (Uels), Sparta Belfast (Şimali İrlandiya), İsbjörninn (İslandiya), Avropa (Cəbəllütariq), Makkabi Netanya (İsrail), Vangölü (Türkiyə)
Səbət 3 (3-cü pillə, reytinq 40–47):
Tallin (Estoniya), CİU (Gürcüstan), PYF Saltires (Şotlandiya), Sjarmtrollan (Norveç), Enkamp (Andorra)
Səbət 4 (2-ci pillə, reytinq 32–39):
AEL Limassol (Kipr), Blue Magic (İrlandiya), Bajo Pivljanin (Monteneqro), Veilimdorf (Almaniya)
Səbət 5 (1-ci pillə, reytinq 24–31):
Vrhnika (Sloveniya), Araz-Naxçıvan (Azərbaycan), Tigers Roermond (Niderland), Yerevan (Ermənistan), Viten Orşa (Belarus), Veszprem (Macarıstan), Hjorring (Danimarka)