Azərbaycan Futbolu

“Araz-Naxçıvan” Chancé Simakala Ba-Muaka ilə müqavilə bağladı

Bakı, 17 iyun , Tsport.az 

Araz-Naxçıvan” heyətini gücləndirmək üçün almaniyalı hücumçu Chancé Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalayıb.

Tsport.az xəbər verir ki, 28 yaşlı futbolçu artıq Bakıdadır və sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilir. O, karyerası ərzində Borussia “Mönchengladbach”, “Elversberg”, “RW Ahlen”, “1. FC Kaiserslautern”, “Holstein Kiel”, “Roda JC” kimi klubların formasını geyinib. Son mövsümü isə Almaniyanın 3. Liga təmsilçisi “VfL Osnabrück” komandasında keçirib.

Qeyd edək ki, Simakala 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb. Bundan əvvəl “Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyev, futbolçular Ismaël Paro, Ömər Buludov, Cristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Wanderson Melo, Ramon Machado və Nuno Rodrigues ilə müqaviləni yeniləyib, Bar Coheni transfer edib və Vadim Abdullayevlə yollarını ayırıb.