Futzal

“Araz-Naxçıvan” liderliyini möhkəmləndirdi!

Bakı, 1 may, Tsport.az

Futzal üzrə Azərbaycan Yüksək Liqasının XVI turu “Araz-Naxçıvan”ın prinsipial rəqibi “Baku Fire” üzərində mühüm qələbəsi ilə yadda qaldı.

Tsport.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu qarşılaşmada 2:0 hesabı ilə qalib gələrək turnir cədvəlindəki üstünlüyünü artırıb.

Tur çərçivəsində digər oyunlarda “Neftçi” İK “Şuşa” üzərində 6:3 hesablı inamlı qələbə qazandığı halda, U-19 komandası “Yasamal Baku”nu 7:4 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra turnir cədvəlində vəziyyət belədir:

  • 1. “Araz-Naxçıvan” – 40 xal
  • 2. “Neftçi” İK – 37 xal
  • 3. “Baku Fire” – 35 xal
  • 4. “Şuşa” – 18 xal
  • 5. U-19 – 12 xal
  • 6. Yasamal Baku – 0 xal

Yüksək Liqada çempionluq mübarizəsi getdikcə daha da maraqlı hal alır. Gələn turlarda rəqabətin daha da qızışacağı gözlənilir.