Azərbaycan Futbolu

“Araz-Naxçıvan” Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq

Bakı, 7 iyul , Tsport.az 

Təlim-məşq toplanışı iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam edir.

Tsport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarının tarixi və rəqibləri bəlli olub.

Komanda aşağıdakı görüşləri keçirəcək:

  • 9 iyul: Bayburtspor
  • 11 iyul: Alanyaspor
  • 17 iyul: Trabzonspor

Alanyaspor və Trabzonspor Türkiyə Superliqasında çıxış edir.