“Araz-Naxçıvan” Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Bakı, 7 iyul , Tsport.az
Təlim-məşq toplanışı iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam edir.
Tsport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın yoldaşlıq oyunlarının tarixi və rəqibləri bəlli olub.
Komanda aşağıdakı görüşləri keçirəcək:
- 9 iyul: Bayburtspor
- 11 iyul: Alanyaspor
- 17 iyul: Trabzonspor
Alanyaspor və Trabzonspor Türkiyə Superliqasında çıxış edir.