Futzal

“Araz-Naxçıvan” UEFA Futzal Çempionlar Liqasında F qrupunda mübarizə aparacaq

Bakı, 3 iyul , Tsport.az 

UEFA Futzal Çempionlar Liqasının 2025/26 mövsümünün ilkin və əsas mərhələlərinin püşkatması keçirilib.

Tsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” F qrupunda yer alıb və Avstriyada baş tutacaq oyunlarda aşağıdakı komandalarla qarşılaşacaq:

Ljuti Krajišnič (Avstriya)
PYF Saltires (Şotlandiya)
Sparta Belfast (Şimali İrlandiya)

Oyunlar 26–31 avqust tarixlərində keçiriləcək.

Turnirin formatı:

  • İlkin mərhələdə 32 komanda 8 qrupda mübarizə aparacaq.
  • Yalnız qrup qalibləri əsas mərhələyə yüksələcək və B yolundakı qruplara səpələnəcək.
  • Əsas mərhələnin oyunları 26 oktyabr – 2 noyabr tarixlərində keçiriləcək.
  • Bu mövsüm elit-raund olmayacaq – əvəzində komandalar birbaşa 1/8 final və 1/4 final mərhələlərində çıxış edəcəklər.
  • 1/8 final və 1/4 final oyunları ev-səfər formatında olacaq.
  • Final mərhələsində 4 komanda iştirak edəcək və may ayında yarımfinal və final oyunları baş tutacaq.

Əgər “Araz-Naxçıvan” əsas mərhələyə yüksəlsə, potensial rəqibləri arasında United Galati (Rumıniya), Differdange 03 (Lüksemburq) və B qrupunun qalibi ola bilər.