“Araz-Naxçıvan” və “Şamaxı” bərabərə qalıb
Bakı, 14 mart, Tsport.az
Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun açılış oyununda “Araz-Naxçıvan” “Şamaxı” ilə qarşılaşıb.
Tsport.az xəbər verir ki,”Liv Bona Dea Arena”da baş tutan matçda komandalar hərəyə 1 qol vuraraq bərabərə qalıblar.
39-cu dəqiqədə Bernardo Diaş komandasını önə keçirib, 68-ci dəqiqədə isə Cəlal Hüseynov bərabərlik qolunu vuraraq qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.
Hal-hazırda “Araz-Naxçıvan” 47 xalla üçüncü, “Şamaxı” isə 28 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.