“Araz-Naxçıvan”da məşqçi heyəti ilə bağlı yeni qərar
Bakı, 28 iyul , Tsport.az
“Araz-Naxçıvan” klubu baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terziev daha bir il müddətinə komandada qalacaq.
Tsport.az xəbər verir ki, Naxçıvan təmsilçisi bundan əvvəl Elmar Baxşıyev başda olmaqla bir sıra əsas futbolçularla da müqaviləni uzadıb. Onların arasında Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Elçin Mustafayev və Turan Vəlizadə yer alır.
Xatırladaq ki, “Araz-Naxçıvan” 2024/2025 mövsümünü Premyer Liqada üçüncü pillədə tamamlayaraq tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.