Futzal

“Araz-Naxçıvan”dan XIX çempionluq

Bakı, 22 may, Tsport.az

Futzal Yüksək Liqasının XIX turunda “Neftçi İK” doğma meydanda “Araz-Naxçıvan“ı qəbul edib. Qarşılaşma 2-6 başa çatıb.

Tsport.az xəbər verir ki, Knyaz əmiraslanovun idarə etdiyi matçda hesabı 3-cü dəqiqədə Mateus Henrique açdı: 0-1. 15-ci dəqiqədə Xəzər Ağalızadə dubl edərək hesabda fərqi artırdı: 0-3. 19-cu dəqiqədə Mateus Henrique vurduğu qolla matçda 2-ci dublu etdi: 0-4. 20-ci dəqiqədə “Ağ-qaralar”ın üzvü Mirzə Əmirov komandasının ilk qolunu vurdu: 1-4. İlk hissə 1-4 başa çatdı. İkinci hissədə “Neftçi İK”nın digər üzvü 23-cü dəqiqədə Abdul Qafar Sadeqi komandasının 2-ci qolunu vurdu: 2-4. Amma 29-ci dəqiqədə Ülvi Əliyev, 29-cu dəqiqədə Amirhossein Rasuli hesabda fərqi artırdılar: 2-6. Matç 2-6 başa çatdı.

Beləliklə, Naxçıvan təmsilçisi 19-cu dəfə Çempion olaraq, UEFA Çempionlar Liqqasında ölkəmizi təmsil etməyə vəsiqə qazandı.