“Araz-Naxçıvan”dan yeni müqavilə üçün təklif gəlməyib” – Urfan Abbasov
Bakı, 5 may, Tsport.az
Misli Premyer Liqasının XXXIII turunda “Araz-Naxçıvan” evdə “Sabah“ı qəbul edib. Matç 1-1 başa çatıb.
Tsport.az xəbər verir ki, oyundan sonra “Araz-Naxçıvan”ın üzvü Urfan Abbasov fikirlərini bölüşüb.
“Mövsümün bitməsinə son 3 tur qalıb. Son turlar həm fiziki, həm psixoloji olaraq çətin olur. Amma çalışırıq ki, tempi qoruyaq. Ən azından çempionatı ilk 3-lükdə başa vurmaq istəyirik. Hədəfimizə çatmaq istəyirik. Sonra daha geniş heyətlər Avrokuboklarda özümüzü göstərmək istəyirik. Son turlarda həm “Zirə” həm “Qarabağ”la qarşılaşacağıq. Bilirik ki, onlar Avrokuboklara vəsiqəni təmin ediblər. Düşünmürəm ki, bizimlə olan oyunlara laqeyd yanaşsınlar. Çətin oyunlar gözləyir. “Araz-Naxçıvan”dan yeni müqavilə üçün təklif gəlməyib. Hələ ki, hədəfimizə çatmamışıq. 3-cü bitirsək, yəqin ki, danışıq olacaq. Hələ özümündə fikri bilinmir. Əsas odur ki, 3-lüyü təmin edək. Daha sonra bu barədə fikirləşmək olar. “Qəbələ”nin Premyer liqaya vəsiqə qazanması münasibətilə mənə yaxın olan insanları məndə təbrik etmişəm. Çox sevindim ki, “Qəbələ” yenidən Premyer Liqadadır. Yoxluğu da görünürdü. Uğurlar arzulayıram. Ümid edirəm gələn mövsüm yaxşı nəticə qazanarlar”.
Bahar Rüstəm