Azərbaycan Futbolu

“Araz-Naxçıvan”dan yeni transfer

Bakı, 22 iyun , Tsport.az 

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti keçidini reallaşdırıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda sağ cinah yarımmüdafiəçisi Çarles Boli ilə 1 illik müqavilə imzalayıb.

Tsport.az xəbər verir ki, Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığına malik 26 yaşlı futbolçu karyerası ərzində Fransanın “RC Lens”, “Pau FC”, “Paris FC”, İtaliyanın “Vicenza” və son olaraq Kiprin “Apollon Limassol” klublarında çıxış edib. O, ötən mövsüm 23 oyunda meydana çıxıb.

Qeyd edək ki, bu yay “Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyev və bir sıra əsas futbolçularla müqaviləni yeniləməklə yanaşı, Bar Kohen, Bruno Franko və Çance Simakala Ba-Muakanı da heyətinə qatıb. Klub eyni zamanda Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.