Dünya Futbolu

Arda Güler Avropa nəhənglərinin diqqətində

Bakı, 29 sentyabr, Tsport.az

“Real Madrid”in 20 yaşlı yarımmüdafiəçisi Arda Güler bir sıra aparıcı klubların marağını cəlb edib.

Tsport.az xəbər verir ki, “Arsenal”, “Tottenham”, “Newcastle United”, “Milan”, “RB Leipzig” və “Borussia Dortmund” skautları gənc türkiyəli futbolçunun çıxışını izləyiblər.

Madrid təmsilçisi isə oyunçunu satmaq niyyətində deyil və Güleri uzunmüddətli layihənin vacib hissəsi hesab edir.

Qeyd edək ki, Arda Güler 2023-cü ildən “Real Madrid”də çıxış edir. Bu mövsüm 14 oyunda 4 qol və 5 asistlə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.