Dünya Futbolu

Arda Güler-dən möhtəşəm asist

Bakı, 24 sentyabr,  Tsport.az 


LaLiga-nın həftə içi turunda “Levante”-yə səfər edən “Real Madrid” rəqibini 4-1 hesabı ilə darmadağın etdi. Görüşə start heyətində çıxan Arda Güler möhtəşəm asisti ilə matçın ən çox danışılan oyunçularından oldu.

Real Madrid-in dördüncü qolunda Arda Güler həlledici rol oynadı. 66-cı dəqiqədə topu sürətlə irəli daşıyan gənc futbolçu gözoxşayan pasla Mbappé-ni müdafiənin arxasına çıxardı. Mbappé qapıçını keçərək topu boş qapıya göndərdi və hesabı 4-1 etdi.
Madrid təmsilçisi oyunda tam üstünlük göstərərək meydanı qələbə ilə tərk etdi. Gənc ulduz Arda Güler-in çıxışı həm İspaniya mətbuatında, həm də sosial mediada böyük maraqla qarşılandı.


Real Madrid bu qələbə ilə LaLiga zirvəsindəki mövqeyini möhkəmləndirdi, Arda Güler isə əsas heyətdə oynadığı matçda inamı doğruldaraq komandasına önəmli töhfə verdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir