Arda Güler həll edici qola imza atıb
Bakı, 2 aprel, Tsport.az
İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Real Madrid”, uzatmalara gedən qarşılaşmada “Real Sociedad”-ı məğlub edərək finala yüksəlib.
Santiago Bernabéu stadionunda keçirilən oyunda ilk görüşdə səfərdə 1-0 hesabı ilə qalib gələn “Real Madrid”, evdə oynadığı rövanş matçının əsas hissəsini 4-3 geridə tamamlayıb.
Uzatmalara gedən qarşılaşmada 105-ci dəqiqədə meydana daxil olan Arda Güler, 115-ci dəqiqədə Antonio Rüdigerin vurduğu qolun ötürməsini edərək komandasına tarazlığı gətirib. Matçın 4-4-lük nəticə ilə başa çatması Real Madrid-i finala daşıyan nəticə olub.