-->
Dünya Futbolu

Arda Güler “Real Madrid”dən ayrılır?

Bakı, 8 aprel, Tsport.az

Real Madrid”də müntəzəm forma şansı tapmaqda çətinlik çəkən Arda Gülerin transferi ilə bağlı yeni iddialar gündəmə gəldi.

Tsport.az xəbər verir ki, “Arsenal”in baş məşqçisi Mikel Arteta, Arda Gülerin potensialından təsirləndiyini bildirib və gənc ulduzun “Arsenal”in oyun sistemində mühüm rol oynaya biləcəyini düşünür. Arda Gülerin bazar qiyməti 45 milyon avro olaraq qiymətləndirilir və Arsenalin bu oyunçu üçün 30 milyon avro təklif etməyi planlaşdırdığı bildirilir.

Bununla belə, “Real Madrid”in prezidenti Florentino Perezin, Arda Güleri satmaq istəmədiyi və yalnız yüksək bir təklif gəldiyi təqdirdə onun transferini yenidən qiymətləndirəcəyi məlumdur. Perezin 30 milyon avro təklifini qəbul etməsi gözlənilmir.

20 yaşlı futbolçu bu mövsüm “Real Madrid” forması ilə 33 matçda çıxış edib və bu qarşılaşmalarda 3 qol və 7 assistlik performans sərgiləyib.