Arda Güler, “Real Madrid”i möhtəşəm qolu ilə xilas etdi!
Bakı, 23 aprel, Tsport.az
La Liga-nın 33-cü turunda “ Getafe”nin qonağı olan “Real Madrid”, Türkiyə millisinin ulduzu Arda Güler in qolu ilə rəqibini 1-0 hesabı ilə məğlub etdi.
Tsport.az xəbər verir ki , gənc istedad oyuna start heyətində başladı və 21-ci dəqiqədə cərimə meydançasından sağ ayağı ilə vurduğu möhtəşəm qolla komandasına vacib bir qələbə qazandırdı.
Bu nəticə ilə “Real Madrid “xallarını 73-ə yüksəltdi və mövsümün sonuna 5 tur qalmış lider “Barcelona”ilə olan xal fərqini 4-ə endirdi. “Getafe” isə turu 39 xalla tamamladı.
OYUNUN ƏN YAXŞISI SEÇİLDİ:
Türkiyəli ulduz Arda Güler göstərdiyi performansa görə “Getafe “- “Real Madrid”qarşılaşmasında oyunun ən yaxşı futbolçusu seçildi.
Aytac Mustafayeva