Arda Güler türk futbolçular arasında qiymət rekordunu yenilədi
Bakı, 3 oktyabr, Tsport.az
“Real Madrid”-in 20 yaşlı yarımmüdafiəçisi Arda Güler bazar dəyəri ilə türk futbolçular arasında yeni rekord müəyyən edib.
Tsport.az xəbər verir ki, Güler-in qiyməti artıq 60 milyon avrodur və bu göstərici indiyədək heç bir türkiyəli oyunçu üçün qeydə alınmayıb.
Reytinqdə ikinci pillədə “Juventus”-un üzvü Kenan Yildiz (50 milyon avro) qərarlaşıb. Bu mövsüm Güler 9 oyunda 3 qol və 4 asistlə fərqlənib. Onun “Real Madrid” ilə müqaviləsi 2029-cu ilə qədərdir.