Arda Güler Xabi Alonsonun Dövrünə Qolla Başladı!
Bakı, 23 iyun , Tsport.az
FIFA Klublararası Dünya Kubokunun H qrupunda keçirilən 2-ci qarşılaşmada İspaniya təmsilçisi “Real Madrid”,Meksika təmsilçisi “Pachuca” ilə üz-üzə gəlib və rəqibini 3-1 hesabı ilə məğlub edib.Arda Güler isə “Real Madrid”in “Pachuca” ilə qarşılaşmasındakı fərqi ikiyə yüksəldən qolun müəllifi olub.
Tsport.az xəbər verir ki, İspaniya nəhənginə qələbə qazandıran qolları 35-ci dəqiqədə Jude Bellingham, 43-cü dəqiqədə Arda Güler və 70-ci dəqiqədə Federico Valverde vurub. Bundan əlavə, Raul Asensio artıq oyunun 7-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını 10 nəfərlə qoyub.
Matç boyunca təsirli oyun sərgiləyən “Pachuca”nın yeganə qolunu isə 80-ci dəqiqədə Elias Montiel vurub.
ARDA GÜLER HÜCUMU QOLLA TAMAMLADI!
Sağ cinahda topu qəbul edən Trent Alexander-Arnold cərimə meydanına daxil olduqdan sonra ötürməsini Gonzaloya verib. Gonzalo penalti nöqtəsində topa nəzarət etdikdən sonra ötürməsini Arda Gülerə ötürüb. Türkiyə Millisinin üzvü sağ ayağı ilə uzaq küncə gözəl zərbə vuraraq hesabı 2-0 edib.Bu onun Xabi Alonsonun rəhbərliyi altında vurduğu ilk qol kimi yadda qalıb.
Qeyd edək ki,yekunda bu nəticə ilə “Real Madrid” xallarını 4-ə çatdıraraq bir oyun artıq olmaqla qrup liderliyinə yüksəlib. “Pachuca” isə 0 xalla sonuncu pillədə qərarlaşıb.
Aytac Mustafayeva