Dünya Futbolu

Arda Gülerdən şad xəbər

Bakı, 5 may, Tsport.az

“Real Madrid”in baş məşqçisi Carlo Ancelotti, 20 yaşlı yarımmüdafiəçi Arda Güler haqqında xoş sözlər səsləndirib.

Tsport.az xəbər verir ki, italiyalı mütəxəssis, Türkiyə millisinin oyunçusunun gələcəkdə “Barcelona” ilə keçiriləcək “El Clasico”da iştirak etmə ehtimalını da qeyd edib.

Mayın 11-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.