Dünya Futbolu

Arda Gülerdən Möhtəşəm Qol!

Bakı, 4 may , Tsport.az

La Liga səhnəsində “Real Madridöz meydanında “Celta Vigo”nu qəbul edir. Arda Gülerin möhtəşəm qolu sayəsində hesab “Real Madrid”in xeyrinə açılır.

Tsport.az xəbər verir ki ,La Liganın 34-cü turunda “Real Madrid” öz meydanında “Celta Vigo”nu qəbul edir.

Baş məşqçi Carlo Ancelotti, Türkiyəli milli futbolçu Arda Gülerə start heyətində şans verib.

MÖHTƏŞƏM BİR QOLA İMZA ATDI!

Türkiyə millisinin ulduzu Arda Güler 33-cü dəqiqədə səhnəyə çıxdı və möhtəşəm bir qol vurdu.

Arda sağ cinahdan künc zərbəsini yerinə yetirib topu Vazquezə ötürdü.

Vazquez topu yenidən Ardaya qaytardı. Arda Güler cərimə meydanına daxil olaraq zərbə bucağı axtardı.

Cərimə meydançasının sağ tərəflərindən sol ayağı ilə uzaq küncə zərbə endirən Arda,gözəl bir qola imza atdı.

Aytac Mustafayeva