Dünya Futbolu

Arda Turanın yeni komandasını bəlli oldu

Bakı, 10 may, Tsport.az

Eyupspor“un baş məşqçisi Arda Turan karyerasında yeni səhifə açmağa hazırlaşır. İspaniya mətbuatı Turanın yeni ünvanını açıqlayıb.

“Marca”da yer alan xəbərə görə, Arda Turanın növbəti mövsüm ünvanı “Shakhtar Donetsk” (Şaxtyor Donetsk) olacaq. Gənc çalışdırıcının Ukrayna yığması ilə müqavilə bağlamağa hazır olduğu bildirilib.

Xəbərdə “Arda “Eyupspor”dakı vəzifəsini başa vuran kimi Simeone və Luis Enrikenin rəhbərliyi altında yaratdığı üslubu Şərqi Avropanın ən böyük komandalarından birinə daşıyacaq” kimi bəyanatlar daxil edilmişdir.

Həmçinin, Arda Turanın məqsədinin “Shakhtar Donetsk”ni (Şaxtyor Donetski) köhnə günlərinə qaytarmaq olacağı da bildirilib: “O, böyük sınaqla üzləşməyə hazırdır: Ukrayna Liqasında üçüncü yeri tutaraq Konfrans Liqasında çıxış etməyə namizəd olan “Şaxtyor Donetsk”in möhtəşəmliyini bərpa etmək”. deyildi.