Argentina millisi dünya çempionatına vəsiqə qazanıb
Bakı, 26 mart, Tsport.az
Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirib və inamlı qələbə qazanıb.
Tsport.az xəbər verir ki, Buenos-Ayresdəki “Mas Monumental” stadionunda Braziliya ilə qarşılaşan meydan sahibləri rəqibini 4:1 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Argentina xallarını 31-ə çatdıraraq mundiala vəsiqəni təmin edib. Braziliya isə 21 xalla üçüncü pillədə qərarlaşıb. Bununla da Argentina, Cənubi Amerikadan DÇ-2026-ya vəsiqə qazanan ilk komanda olub. Xatırladaq ki, Kanada, ABŞ və Meksika isə ev sahibi kimi turnirdə birbaşa iştirak edəcək.
Argentina – Braziliya – 4:1