-->
Dünya Futbolu

Argentina millisinə daha bir zərbə

Bakı, 20 mart, Tsport.az

Argentina millisində zədəlilər sırasına daha bir ulduz futbolçu qoşulub.

Tsport.az xəbər verir ki, “İnter”in hücumçusu Lautaro Martinez əzələ problemi səbəbindən milli komandanın düşərgəsini tərk edib.

27 yaşlı futbolçunun vəziyyəti tibbi müayinədən sonra müəyyənləşəcək. Daha əvvəl Argentina millisinin digər ulduzu Lionel Messinin də zədə səbəbindən Braziliya və Uruqvaya qarşı dünya çempionatının seçmə oyunlarını buraxacağı açıqlanmışdı.