Dünya Futbolu

Argentinalı futbolçunun ulduzu “Como”da parlamağa davam edir

Bakı, 19 oktyabr, Tsport.az

Ötən mövsüm A Seriyada ən yaxşı U23 futbolçu seçilən Nico Paz, bu il də parlaq çıxışını davam etdirir.

Tsport.az xəbər verir ki, “Como”nun 21 yaşlı argentinalı yarımmüdafiəçisi bu mövsüm komandasının vurduğu 7 qoldan 6-sında iştirak edib – 3 qol, 3 assist.

Gənc futbolçu “Como”nun əsas liderlərindən birinə çevrilib.