Argentinalı məşqçi vəfat edib
Bakı, 9 oktyabr, Tsport.az
Argentinalı məşqçi Miguel Ángel Russo dünyasını dəyişib.
Tsport.az xəbər verir ki, “Boca Juniors” klubunun baş məşqçisi 69 yaşında vəfat edib.
Təcrübəli mütəxəssis bir neçə gün öncə səhhətində yaranan ciddi problemlərə görə xəstəxanaya yerləşdirilmişdi, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Russo karyerası ərzində “Boca Juniors”u üç fərqli dönəmdə – 2007, 2020 və 2024-cü illərdə çalışdırmışdı. Onun rəhbərliyi altında komanda bir çox uğurlara imza atmışdı.