Dünya Futbolu

“Arsenal” 10 illik avrokuboklardan kənarlaşdırıldı

Bakı, 17 iyul, Tsport.az

UEFA, Monteneqronun”Arsenal Tivat” klubunu sarsıdıcı qərarla cəzalandırıb. Klub 10 il müddətinə UEFA-nın bütün turnirlərində iştirak hüququndan məhrum edilib. Bu barədə məlumat UEFA-nın rəsmi saytında dərc olunub., Monteneqronun”Arsenal Tivat” klubunu sarsıdıcı qərarla cəzalandırıb. Klub 10 il müddətinə UEFA-nın bütün turnirlərində iştirak hüququndan məhrum edilib. Bu barədə məlumat UEFA-nın rəsmi saytında dərc olunub.

Tsport.az xəbər verir ki, araşdırmalar 2023/24 Konfrans Liqası mövsümündə, Ermənistan klubu “Alashkert” ilə cavab oyunundan sonra başladılıb. Sözügedən matçda “Arsenal Tivat” 1:6 hesabı ilə məğlub olub və iki oyunun cəmi 2:7 ilə yekunlaşıb. Sonradan bu qarşılaşma danışılmış oyun siyahısına daxil edilib.

Klub bu iddialara görə 500.000 avro cərimə ödəməli olacaq və UEFA turnirlərindən tam 10 illik uzaqlaşdırma ilə üzləşib. Qərar həm Monteneqro Futbol İttifaqı, həm də UEFA tərəfindən təsdiq olunub.

Fərdi cəzalar:

  • Nikola Čelebić (futbolçu) və Ranko Krgović (idman direktoru) – ömürlük futboldan uzaqlaşdırılıb
  • Četko Manojlović, Radule Živković və Dušan Puletić – 10 il müddətinə diskvalifikasiya