Dünya Futbolu

“Arsenal” 2025/26 mövsümünün üçüncü formasını təqdim etdi – Şəkillər

Bakı, 4 avqust, Tsport.az

İngiltərənin “Arsenal” klubu 2025/26 mövsümündə istifadə edəcəyi üçüncü formasını ictimaiyyətə təqdim edib.

Tsport.az xəbər verir ki,  yeni forma ağ rəngdə hazırlanıb. Dizaynda çiyin və qol hissələrində qırmızı zolaqlar yer alır. Formanın üzərindəki atributlar da qırmızı rənglə vurğulanıb, bu da ona sadəlik və zəriflik qatır.

Yeni forma artıq satışa çıxarılıb və azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Formanın fotolarını aşağıda təqdim edirik.