“Arsenal” futbolçuları zədələrdən sonra yenidən məşqlərə başlayıblar
Bakı, 9 avqust, Tsport.az
İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Rikkardo Kalafyori və hücumçusu Kay Havertz zədələrini sağaldaraq kollektiv məşqlərə qatılıblar.
Tsport.az xəbər verir ki, futbolçular mövsümöncəsi son yoldaşlıq matçı ərəfəsində sıraya dönüblər.
Qeyd edək ki, K.Havertz 2024/2026 mövsümündə meydana çıxdığı 36 matçda 15 qola, 3 məhsuldar ötürməyə imza atıb. 23 yaşlı müdafiəçi isə 29 görüşdə 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.