Dünya Futbolu

“Arsenal” Gabriel üçün 100 milyon funt sterlinq tələb edir

Bakı, 12 aprel, Tsport.az

Premier Liqa nəhəngi “Arsenal”da forma geyən və Səudiyyə Ərəbistanı klublarını ardınca sürükləyən Gabriel üçün İngilis klubunun təxminən 100 milyon funt sterlinqlik bir transfer haqqı gözlədiyi bildirilib.

Tsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının nəhənglərindən “Al Nassr” və “Al Ittihad”, “Arsenal”ın ulduz müdafiəçisi Gabriel üçün hərəkətə keçib. Səudiyyə mətbuatında yayılan xəbərə görə, hər iki klubun 27 yaşlı braziliyalı futbolçu üçün həftəlik 400 min funt sterlinq maaş verməyə hazır olduğu iddia edilib. “Arsenal” isə transfer haqqı olaraq ən azı 100 milyon funt sterlinq tələb edəcəyi bildirilib.

Bu mövsüm “Arsenal” formasını geyən Gabriel, 42 rəsmi oyunda 5 qol və 2 asistlik məhsuldarlıq göstərib.