Dünya Futbolu

”Arsenal” heyətini bu futbolçu ilə gücləndirmək istəyir

Bakı, 14 aprel, Tsport.az

İngiltərənin aparıcı klublarından olan Arsenal, mövsümün sonunda hücum xəttini gücləndirmək üçün ciddi addım atmağa hazırlaşır.

Tsport.az xəbər verir ki, “Topçular”ın hədəfində “RB Leipzig”in sloveniya əsilli forvardı Benjamin Šeško var.

“El Nacional” nəşrinin məlumatına görə, London klubu 21 yaşlı hücumçunu heyətinə qatmaqla qol yollarındakı qeyri-sabitliyi aradan qaldırmağı planlaşdırır. İstedadlı forvardın sürəti və fiziki gücü “Arsenal” rəhbərliyinin diqqətini xüsusilə cəlb edib.

“Transfermarkt” portalı Benjamin Šeškonu 65 milyon avro dəyərində qiymətləndirir. Bu məbləğ gənc oyunçu üçün yüksək görünsə də, klub onun uzunmüddətli perspektivini nəzərə alaraq bu sərmayəni risk saymır.

Qeyd edək ki, Šeško bu mövsüm “RB Leipzig” formasında 40 oyuna 19 qol vuraraq yetərincə məhsuldar çıxış edib. Onun performansı Avropa nəhənglərinin də maraq dairəsindədir.