“Arsenal” hücumçusunu satmaq qərarına gəlib
Bakı, 4 oktyabr, Tsport.az
İngiltərənin “Arsenal” klubu braziliyalı forvard Gabriel Jesusu satış siyahısına daxil edib.
Tsport.az xəbər verir ki, London təmsilçisi 28 yaşlı futbolçunu 30 milyon funt sterlinq qarşılığında satmağa hazırdır.
Jesusun xidmətində “Everton” maraqlıdır. “Arsenal” 2022-ci ildə hücumçunu “Manchester City”dən 45 milyon funt sterlinqə transfer etmişdi.
Qeyd edək ki, braziliyalı futbolçu cari mövsümdə zədə səbəbindən hələ meydanda yer almayıb.