Dünya Futbolu

“Arsenal” Kenan Yıldızı izləyib

Bakı, 6 oktyabr, Tsport.az

İngiltərənin “Arsenal” klubu gənc hücumçu Kenan Yıldızi izləyib.

Tsport.az xəbər verir ki, bazar günü keçirilən “Juventus” – “Milan” (0:0) matçında London təmsilçisinin skautları 20 yaşlı futbolçunun oyununu qiymətləndirib.

Kenan Yıldız bu mövsüm həm A Seriyada, həm də Çempionlar Liqasında ümumilikdə 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.