“Arsenal” klubunun sabiq futbolçusu məhkəmə qarşısına çıxıb
Bakı, 5 avqust, Tsport.az
“Arsenal” klubunun sabiq futbolçusu Thomas Parti Londonda məhkəmə qarşısına çıxarılıb.
Tsport.az xəbər verir ki, 32 yaşlı qanalı yarımmüdafiəçi beş zorlamada və bir cinsi zorakılıq hadisəsində ittiham olunur.
“Reuters” agentliyinə istinadən yayılan məlumata görə, Partiyə qarşı irəli sürülən ittihamlar 2021-ci ilin aprelindən 2022-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir və iki qadına qarşı törədilmiş beş zorlamanı, eləcə də başqa bir qadına qarşı cinsi zorakılığı əhatə edir. Məhkəmə onun sentyabrın 2-də keçiriləcək növbəti dinləməyə qədər girov müqabilində azad qalmasına qərar verib.
Hazırkı mərhələdə Tomas Partidən ittihamlarla bağlı hər hansı açıqlama tələb olunmayıb.
Xatırladaq ki, Thomas Parti 2020-ci ildə “Atletico Madrid” klubundan “Arsenal”a 50 milyon avroya transfer edilmişdi. O, London təmsilçisinin heyətində 167 oyuna çıxıb. Onun bu yay başa çatan müqaviləsi isə yenilənməyib.