“Arsenal” Kristián Mosquera ilə şəxsi razılıq əldə etdi
İngiltərə Premyer Liqasının nəhənglərindən olan “Arsenal“, İspaniyanın “Valencia” klubunun mərkəz müdafiəçisi Kristián Mosquera ilə şəxsi şərtlər üzrə tam razılıq əldə edib.
Tsport.az xəbər verir ki, London klubu 20 yaşlı müdafiəçiyə təqdim etdiyi müqavilə təklifində Mosqueranın razılığını alıb. Hazırda iki klub arasında danışıqlar davam edir.
“Arsenal” Mosqueranın transferi üçün ilkin olaraq 14 milyon avro təklif etsə də, “Valencia” bu məbləği qəbul etməyib. “Topçular” hazırda keçidi 20 milyon avroya yaxınlaşdırmaq istəyir.
Qeyd edək ki, Kristián Mosquera 2023/24 mövsümündə La Liqada 37 matçda iştirak edib və 1 qol vurub. O, həmçinin İspaniya U-21 millisinin heyətində Avropa çempionatının 1/4 final mərhələsinə qədər irəliləyib.