Dünya Futbolu

“Arsenal” Maduekeni heyətinə qatdı

Bakı, 18 iyul , Tsport.az 

Arsenal”, London rəqibi “Chelsea”dən Noni Maduekeni 52 milyon funt sterlin (təxminən 60 milyon avro / 69.9 milyon dollar) qarşılığında transfer etdiyini rəsmi olaraq açıqlayıb.

Tsport.az xəbər verir ki ,Madueke, yay transfer dönəmində “Arsenal”ın dördüncü əsas transferi olub. Ondan əvvəl Martin Zubimendi, Christian Norgaard və yenə “Chelsea”dən qapıçı Kepa Arrizabalaga komandaya qoşulmuşdu. Mikel Arteta, yaxın günlərdə Cristhian Mosquera və Viktor Gyokeresin transferini də tamamlamaya ümid edir.

“Stamford Bridge”də iki yarım qarışıq mövsüm keçirdikdən sonra Madueke indi Emirates stadionuna keçərək karyerasında yeni bir mərhələyə qədəm qoymağı hədəfləyir. O, “Chelsea”də 92 oyuna çıxaraq 20 qol vurub və bu yay Konfrans Liqası və Klub Dünya Çempionluğu olmaqla iki kubokun qazanılmasında pay sahibi olub. 23 yaşlı futbolçu İngiltərə milli komandasında da 7 dəfə forma geyinib.

“Arsenal “rəhbərliyi, Asiya təlim-məşq toplanışından əvvəl Mosquera və Gyokeres transferlərini də yekunlaşdırmağa çalışır. Komanda Sinqapurda “AC Milan” və “Newcastle United “ilə, daha sonra isə Honq Konqda əzəli rəqib”Tottenham Hotspur”ilə qarşılaşacaq.

Aytac Mustafayeva