“Arsenal”, Rayan Cherkinin transferi ilə maraqlanır
Bakı, 2 may, Tsport.az
“Arsenal” , “Lyon” klubunun yarımmüdafiəçisi Rayan Cherkinin transferi ilə maraqlanır.
Tsport.az xəbər verir ki, 21 yaşlı fransız futbolçunun “Lyon” ilə 2026-cı ilin yayına qədər müqaviləsi olsa da, klubun maliyyə çətinlikləri səbəbindən bu yay onu satmaq istədiyi bildirilir.
Cherki bu mövsüm Ligue 1-də 24 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri təxminən 22 milyon avro olaraq qiymətləndirilir.