Dünya Futbolu

“Arsenal”,“Real Madrid”i Çempionlar Liqasından kənarlaşdırdı!

Bakı, 17 aprel, Tsport.az

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda “Arsenal”səfərdə “Real Madrid”i 2:1 hesabı ilə məğlub etdi və ümumi 5:1 hesabı ilə növbəti mərhələyə yüksəldi. İngiltərə təmsilçisinin yarımfinaldakı rəqibi “PSG” olacaq.

Tsport.az xəbər verir ki , UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda “Arsenal” səfərdə “Real Madrid”ə 2:1 hesabı ilə qalib gəldi və ümumi 5:1 nəticə ilə yarımfinala vəsiqə qazandı.

Santiago Bernabeu stadionunda baş tutan qarşılaşmanın 13-cü dəqiqəsində “Arsenal”penalti zərbəsi qazandı, lakin Bukayo Saka bu imkandan yararlana bilmədi. Oyunun ilk hissəsində hesab açılmadı.

İkinci hissədə hesabı açan tərəf “Arsenal”oldu – 65-ci dəqiqədə Bukayo Saka komandası adına fərqləndi. Cəmi iki dəqiqə sonra Vinicius Jr “Real Madrid”in cavab qolunu vurdu və hesabı bərabərləşdirdi – 1:1.

“Arsenal” qarşılaşmanın əlavə dəqiqələrində – 90+3-cü dəqiqədə Gabriel Martinelli ilə növbəti qolu vurdu və oyunun taleyini həll etdi.

İlk oyunu 3:0 hesabı ilə qazanan “Arsenal”ümumi 5:1 nəticə ilə mərhələ keçdi. Bununla da İngiltərə klubu 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəldi.

Qeyd edək ki, Türkiyəli milli futbolçu Arda Güler bu qarşılaşmada da meydana çıxmadı.

Qeyd edək ki,”Arsenal” yarımfinalda “Paris Saint-Germain”ilə qarşılaşacaq.

Aytac Mustafayeva