“Arsenal” Tomas Partini komandada saxlamaq istəyir
Bakı, 24 aprel, Tsport.az
“Arsenal” klubu qanalı yarımmüdafiəçi Thomas Partey ilə yollarını ayırmaq niyyətində deyil.
Tsport.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 31 yaşlı futbolçuya iki illik yeni müqavilə təklif etməyə hazırlaşır. Yeni razılaşma çərçivəsində Partenin maaşında da artım nəzərdə tutulur.
Hazırda mövsümün sonunda başa çatacaq mövcud müqaviləyə baxmayaraq, təcrübəli futbolçunun da “topçular”da qalmağa müsbət yanaşdığı bildirilir.
Bu mövsüm Premyer Liqada 31 qarşılaşmada meydana çıxan Partey 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.