“Arsenal” və “Liverpool” Məhəmməd Kudus üçün yarışa qoşulub
Bakı, 17 may, Tsport.az
İngiltərənin aparıcı klubları “Arsenal” və “Liverpool”, “West Ham United”də çıxış edən Məhəmməd Kudusu transfer etmək istəyirlər.
Tsport.az xəbər verir ki, London klubu 24 yaşlı qanalı vingeri təxminən 65–70 milyon funt-sterlinqə satmağa hazırdır. Transferlə bağlı danışıqların yaxın həftələrdə intensivləşəcəyi gözlənilir.
Qeyd edək ki, Kudus bu mövsüm “West Ham” forması ilə 33 matçda iştirak edib, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.