“Arsenal”a “Real Madrid” oyunu öncəsi ağır itki
Bakı, 3 aprel, Tsport.az
“Arsenal”ın əsas oyunçusu Gabriel dizindən zədə alıb.
Tsport.az xəbər verir ki, “Arsenal”ın müdafiəçisi Gabriel, çərşənbə axşamı “Fulham” ilə Premyer Liqa qarşılaşmasının ilk yarısında dizindən zədələnib. Bu zədə cərrahiyyə əməliyyatı tələb edir və Gabrielin mövsümün qalan hissəsini buraxmasına səbəb olacaq.
“Arsenal” klubunun açıqlamasına görə, Gabriel’in məqsədi gələn mövsümün başlanğıcına qədər tam olaraq hazır olmaqdır.
Qeyd edək ki, müdafiəçi, Real Madridə qarşı keçiriləcək Çempionlar Liqasının dörddəbir finalında komandasında yer almayacaq.