Dünya Futbolu

“Arsenal”ın futbolçusu vətəninə dönə bilər

Bakı, 6 oktyabr, Tsport.az

“Arsenal”ın hücumçusu Qabriel Jezus karyerasını doğma ölkəsində davam etdirməyə yaxındır.

Tsport.az xəbər verir ki, 28 yaşlı forvardla “Flamengo” maraqlanır. London klubu braziliyalı futbolçunu 30 milyon avroya satmaq istəyir. Lakin Braziliya təmsilçisi bu məbləği ödəməyə tələsmir.

Zədəsini arxada qoyan Jezus daha çox oyun praktikasına malik olmaq və Braziliya millisində yerini bərpa etmək üçün “Arsenal”dan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, futbolçunun “topçular”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.