Dünya Futbolu

“Barcelona”nın futbolçusu yaşıl meydanlardan uzaqlaşdırılıb

Bakı, 28 mart, Tsport.az

La Liqanın 27-ci turundan təxirə salınan “Osasuna” ilə qarşılaşmada zədələnən “Barcelona”nın yarımmüdafiəçisi Dani Olmonun vəziyyəti açıqlanıb.

Tsport.az xəbər verir ki, klubun rəsmi saytı ispaniyalı futbolçunun sağ ayağının əzələsindən zədə aldığını və bu səbəbdən 3 həftə meydanlardan uzaq qalacağını bildirib.

Xatırladaq ki, “Osasuna”ya qarşı keçirilən və “Barcelona”nın 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda Olmo qol vursa da, 28-ci dəqiqədə zədə səbəbilə oyunu tərk edib.

26 yaşlı futbolçu bu mövsüm “Barcelona” forması ilə 28 matçda iştirak edib və 8 dəfə rəqib qapılarını silkələyib.