“Arsenal”ın kapitanı 6 əsas oyunu buraxacaq
Bakı, 13 oktyabr, Tsport.az
“Arsenal”ın kapitanı Martin Odeqard dizindən aldığı zədə səbəbindən noyabr ayındakı milli fasilədən sonra meydana qayıdacaq.
Tsport.az xəbər verir ki, Norveçli yarımmüdafiəçi 4 oktyabrda “West Ham”la oyunda zədələnib və ilk hissədə əvəzlənmişdi. Klub bir gün sonra açıqlama yayaraq onun hazırkı beynəlxalq oyunlarda iştirak etməyəcəyini bildirib.
26 yaşlı futbolçu “Fulham”, “Crystal Palace”, “Burnley” və “Sunderland” ilə Premyer Liqa qarşılaşmalarını, eləcə də Çempionlar Liqasında “Atletico Madrid” və “Slaviya Praga” oyunlarını buraxacaq.