Dünya Futbolu

Artem Dzyuba: “Futboldan ayrılmaq üçün hələ tezdir”

Bakı, 22 avqust, Tsport.az

37 yaşlı rusiyalı forvard Artem Dzyuba hələlik futboldan ayrılmaq niyyətində deyil.

Tsport.az xəbər verir ki, təcrübəli hücumçu “Matç TV”-yə açıqlamasında karyerasını davam etdirmək üçün motivasiyasının güclü olduğunu bildirib:

“Futbola sevgim azalmayıb, hələ də özümü meydanda güclü və rəqabətə hazır hiss edirəm. Bir anlıq dayanıb düşündüm və anladım ki, bu idman mənim həyatımın ən böyük hissəsidir. Oynamaq, mübarizə aparmaq, rəqabət hissini yaşamaq mənim üçün vacibdir. Dayanmaq barədə düşünmək üçün hələ tezdir”.

Hazırda Rusiyanın “Akron” klubunda çıxış edən Dzyuba bu mövsüm indiyədək 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.